...

Naxçıvan MR Şərur rayonunda hərbi komissarlığının inzibati binası istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 07:43 (UTC +04:00)

Azərbaycan, Naxçıvan. 15 aprel / Trend , müxbr E.Məmmədov/ Ötən ilin noyabrından əsaslı təmir və yenidənqurma işlərinə başlanılan Şərur rayon hərbi komissarlığının inzibati binası istifadəyə verilib.

Əvvəlki görkəmindən fərqli olaraq müasir üslubda təmir olunan bina iki mərtəbədən və zirzəmi qatından ibarətdir. Binada iş otaqları, qazanxana, yeməkxana ilə yanaşı arxiv üçün də ayrıca otaq ayrılıb. 

Binanın zirzəmisində isə çağırış komissiyasında fəaliyyət göstərən stomotoloq, oftolmoloq, burun-qulaq, boğaz həkimləri, cərrah və terapevt üçün lazımi avadanlıqlarla təmin olunmuş xüsusi otaqlar fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti