...

Azərbaycanın qeyri-neft sektorunda artım 11 faizi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend / Birinci rübdə Azərbaycanın qeyri-neft sahəsində artım 11,3 faiz təşkil edib. Bu barədə bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev respublikanın 2008-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafına həsr olunmuş Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ümumi sənaye artımı birinci rübdə 12,9 faiz təşkil edib. Aqrar bölmədə artım 3,5 faiz olub. Birinci rübdə Azərbaycanda yük daşınmasının həcmi 12,8 faiz, rabitə sahəsindəki xidmətlər 45,9 faiz artıb, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmində isə artım 29,5 faiz təşkil edib. Əsas kapitala qoyulan sərmayələrin həcmi birinci rübdə 21,4 faiz artıb.

Babayev bildirib ki, büdcənin mənfəət hissəsi üzrə proqnozlar 11 faiz olmaqla 1,98 mlrd. manata qədər artıqlaması ilə yerinə yetirilib ki, bu da 2007-ci ilin yanvar-mart aylarındakı göstəricidən 897,5 manat çoxdur. Birinci rübdə büdcə xərcləri 1,4 mlrd. manat təşkil edib ki, bu da göstəricinin 75,7 faiz yerinə yetirildiyindən xəbər verir. Bu rəqəm 2007-ci ilin yanvar-mart göstəricilərindən 538 mln. manat çoxdur.

"Yekunda, birinci rübdə büdcənin profisiti 612 mln. manat təşkil edib" - deyə nazir bildirib.

2008-ci ilin birinci rübündə "Azərbaycan İnvestisiya Şirkəti" SC və İslam İnkişaf Korporasiyası tərəfindən yaradılmış Xəzər Beynəlxalq İnvestisiya Şirkəti də (CIIC) öz işinə başlayıb. İki ilə ərzində CIIC Azərbaycanın qeyri-neft sahəsinə 70 mln. dollar cəlb etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti