...

Azərbaycanda inflyasiya üzrə proqnozlar yarımilliyin yekunlarına görə dəqiqləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ " , müxbir İ.Xəlilova/ Azərbaycan hökumətinin 2008-ci ilin sonunadək inflyasiya haqqında proqnozları Beynəlxalq Valyuta Fondunun proqnozlarından 5-6 faiz aşağıdır (BVF bu günlərdə 18-19 faiz səviyyəsində inflyasiya gözləmələri açıqlayıb).

"Əgər il ərzində dünya bazarlarında istehlak qiymətlərinin qəflətən qalxması baş verməzsə, bizim proqnozlar özünü doğruldur, - Azərbaycanın iqtisadi inkişaf naziri çərşənbə axşamı bildirib. - Lakin, ola bilsin ki, qiymətlərin artması barədə proqnozlar BVF-ə əvvəlcədən məlum olub və onun gözləmələri də bununla bağlıdır".

BMT-nin məlumatına görə, yanvar-fevral ərzində ərzaq taxılının dəyəri 82 faiz, düyünün - 52 fazidən çox bahalaşıb. Nazirin sözlərinə görə, bu məhsulların qiymətlərinin artması təkcə çörək məhsullarının deyil, quşçuluq təsərrüfatları, heyvandarlıq məhsullarının qiymətində də öz əksini tapacaq.

Azərbaycanda ilin birinci rübü ərzində yüksək inflyasiya templərinin olması bayram günlərində qiymətlərin artması nəticəsində olub. Lakin bu dövr illik inflyasiyanın hesablanması üçün göstərici kimi qəbul edilmir. Bununla yanaşı, nazir hesab edir ki, qiymətlər müəyyən dərəcədə düzəldiləcək. Babayev 2008-ci ilə olan proqnozlar çərçivəsində makroqiqtisadi göstəricilərin də düzəldilə biləcəyini və buna zərurətin olub-olmamasının birinci yarımilliyin yekunları üzrə müəyyən olunacağını qeyd edib.

Antiinhisar xidməti qiymətlərin süni şəkildə artırılması, inhisarın yaranmasına yol verməmək üçün dövri olaraq monitorinqlər keçirir ki, bu, antiinflyasiya tədbirlərinin bir hissəsidir. Məhsul idxal edildiyi halda hökumət sahibkardan onu maya dəyərindən ucuz satmağı tələb edə bilməz. Belə ki, bu malların qiyməti dünya bazarlarında formalaşdırılır. Nazir nəqliyyat xərcləri səbəbindən idxal edilən məhsulun baha olduğunu qeyd edib.

Bununla yanaşı, 2007-ci ilin yekunlarına görə inflyasiyanın artım templəri 16,7 faiz təşkil edib. 2008-ci ilin yanvar-martında isə inflyasiyanın artım templəri ötən ilin analoji dövründəki 16,6 faizə qarşı 16,5 faiz olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti