...

Azərbaycanın Agrolizing ASC-də audit yoxlamaları 20 nəfərin işdən çıxarılmasına gətirib – Hesablama Palatasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:23 (UTC +04:00)
Azərbaycanın Agrolizing ASC-də audit yoxlamaları 20 nəfərin işdən çıxarılmasına gətirib – Hesablama Palatasının rəhbəri

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir İ.Əlizadə, S.Babayeva/ Azərbaycanın Hesablama Palatası tərəfindən (AHP) Agrolizing ASC-də aparılan auditin nəticələrinə görə, təşkilatda müxtəlif vəzifələrdə çalışan 19 nəfər işdən azad edilib. Bu barədə çərşənbə axşamı Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verib.

"Tərəfimizdən təşkilatın fəaliyyətində ciddi çatışmazlıqlar aşkar edilib", - o bildirib.

Hesablama Palatası Agrolizingin mühasibat uçotu hesablarını, ödəmə-hesablama və uçot üzrə ilkin sənədləri yoxlayıb.

Hesablama Palatası sədrinin sözlərinə görə, auditin gedişində aşkar edilib ki, alınmış texnikanın böyük hissəsi istismara verilməyib, gübrələrin tam dəyəri toplanılmayıb, bəzi növ gübrələrin güzəştli qiymətlərlə satışı, ayrı-ayrı hallarda isə, gübrələrin fiziki şəxslər və bələdiyyələrə verilməsi faktları aşkar edilib.

"Təşkilatda mühasibat uçotunun zəif olması, texnikanın vaxtında geri qaytarılmaması, debitor borclarının toplanması faktları aşkar edilib", - Əsədov bildirib.

Agrolizing ASC Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2004-cü il oktyabrın 23-də yaradılıb. Müəssisənin fəaliyyətinə kənd təsərrüfatı texnikasının alınması və yerli torpaq sahiblərinə lizinqə verilməsi yolu ilə aqrar bölmənin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi daxildir.

2005-ci ildən Agrolizing fermerlərə beş min ədəddən çox kənd təsərrüfatı texnikası, 110,6 min ton azot gübrələri, 26,1 min ton superfosfat gübrələri və 267,7 ton pestisid verib. Bu dövr ərzində dövlət büdcəsindən Agrolizing ASC üçün 103,5 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti