...

Birinci rübdə Azərbaycanda istehlak qiymətlərinin bazis indeksi inflyasiyanın artım templərini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15aprel/ Trend , müxbir İ.Xəlilova/2008-ci ilin fevralı ilə müqayisədə, martda istehlak qiymətlərinin və tariflərin artım templəri 3,1 faizi, ötən ilin yanvar-martı ilə müqayisədə, birinci rübdə isə - 16,5 faizi ötüb. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Mart ərzində ərzaq mallarının qiyməti 4,5 faiz, qeyri-ərzaq malları - 0,8 faiz, xidmət tarifləri - 1,9 faiz bahalaşıb.

2007-ci ilin birinci rübü ilə müqayisədə, ərzaq mallarının qiyməti 21,8 faiz, qeyri-ərzaq - 9,5 faiz, xidmət sahəsindəki tariflər isə - 10,8 faiz artıb.

Martda mövsümi dəyişikliklərə məruz qalan və qiymətləri dövlət tərəfindən tənzimlənən mal (meyvə və tərəvəz) və xidmətlərin çıxılması ilə hesablanan istehlak qiymətlərinin bazis indeksi 103,2 faiz, yanvar-fevralda isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 117,5 faiz təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti