...

Birinci rübdə Azərbaycanda ÜDM-in artım tempi təqribən 14 faizə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir İ.Xəlilova/ Birinci rüb ərzində Azərbaycanda ÜDM, ötən ilin analoji dövrü ilə müqayisədə, 13,8 faiz artıb. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən məlumat veriblər. Yanvar-martın yekunları üzrə ÜDM-in göstəricisi cari qiymətlərlə 8 209,8 mln. manat təşkil edib. Əhalinin adambaşına düşən ÜDM həcmi 12,5 faiz artaraq 963,4 manat ($1142,7) təşkil edib.

İqtisadiyyatın bütün sahələrində ümumi istehsal həcmi 15,3 faiz artaraq əsas hissəsinin - 66,4 faizin (5448,3 mln. manat) sənayenin payına düşdüyü ÜDM-in 73,4 faizini təşkil edib. ÜDM-də xidmətlər sahəsinin xüsusi çəkisi 5,8 bənd azalaraq 19,3 faiz təşkil edib. Xidmətlər sahəsində əlavə dəyər istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz artıb. Məhsullar və idxaldan əldə edilən xalis vergi ÜDM-in 7,3 faizini təşkil edib.

Bu dövr ərzində kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda əlavə dəyər 110,9 mln. manat təşkil edib. Bu isə ümumi ÜDM-in 1,3 faizini təşkil edir. Əlavə dəyər tikinti sektorunda - 470,8 mln. manat (5,7 faiz), nəqliyyat sektorunda - 311,9 mln. manat (3,8 faiz), rabitə sektorunda - 152,4 mln. manat (1,9 faiz), topdan və pərakəndə ticarətdə, avtomobil, məişət məmulatları və şəxsi istifadə predmetlərinin təmiri üzrə xidmət sahəsində - 495,2 mln. manat (6 faiz), restoran və mehmanxana sektorunda - 58,4 mln. manat (0,7 faiz), sosial və digər xidmətlərin göstərilməsində - 562,9 mln. manat (6,9 faiz) olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti