...

Azərbaycanın sığorta şirkəti 2007-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / " / Ötən ilin yekunu üzrə "BE& G" Azərbaycan sığorta şirkətinin sığorta haqları 973 min manat, sığorta ödəmələri isə 339,3 min manat təşkil edib. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında bildirilir.

Ötən il təkrar sığorta əməliyyatları üzrə şirkətin sığorta haqları 41 min manat təşkil edib.

Şirkətin məlumatında bildirilir ki, 2007-ci ildə "BE& G"nın aktivləri 1,2 min manat, balans mənfəəti isə 62,2 min manat təşkil edib.

Şirkətin banklarda depozit hesabı yoxdur.

1998-ci ildən fəaliyyət göstərən "BE& G" şirkəti sığortanın 28 növü üzrə xidmət göstərir ki, bunlardan da dördü icbaridir. Şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti