...

Azərbaycanın sığorta şirkəti 2007-ci ildə sığorta haqlarını ilk dəfə olaraq 5 milyon manata çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / " / Ötən ilin yekunları üzrə Azərbaycanın iri sığorta şirkəti "AzSigorta"nın sığorta haqları 5,2 mln. manat, sığorta ödəmələri isə 268 min manat təşkil edib. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında bildirilir.

Ötən il şirkətin təkrarsığorta əməliyyatları üzrə sığorta haqları 181,3 min manat təşkil edib.

Şirkətin məlumatında bildirilir ki, 2007-ci ildə şirkətin aktivləri 4,201 mln. manat, balans mənfəəti isə 1,5 mln. manat təşkil edib.

Ötən il şirkət 332,8 min manat mənfəət vergisi, 90 min manat isə gəlir vergisi ödəyib.

2006-cı ilin noyabr ayından fəaliyyət göstərən "AzSigorta" şirkəti sığortanın 28 növü üzrə xidmət göstərir ki, bunun da üçünü icbari sığorta təşkil edir. Şirkət 2007-ci ilin yekunları üzrə ilk dəfə yığımların həcminə görə, Azərbaycanın sığorta şirkətləri liderlərinin onluğuna daxil olub.

Şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti