...

Azərbaycan İnvestisiya Şirkəti Meyvə Korporasiyasının yaradılmasına sərmayə yatırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Azərbaycanda yaradılan Meyvə Korporasiyasında iştiraka hazırlığını bildirib. Bu barədə çərşənbə günü AZPROMO-nun ixracın təşviqi Departamentinin direktoru Emil Əliyev məlumat verib. AİŞ-in iştirak payı hələ ki müəyyən edilməyib.

AİŞ korprasiyada birinci sərmayədar olacaq. Lakin gələcəkdə şirə bazarı konyukturasının yaxşılaşması ilə bu bazarın inkişafı üçün əcnəbi investorların cəlb edilməsi istisna edilmir.

Şirə istehsalçıları və tərəvəz müəssisələrinin səylərinin birləşdirilməsi Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təklif edilib. Əliyev ilkin mərhələdə hələ ki, dörd şirkətin korporasiyada iştirakda maraqlı olduqlarını bildirdiklərini qeyd edib. O, bu şirkətlərin adlarını memorandumun imzalanmasınadək açıqlamaqdan imtina edib. Memorandumun aprelin sonunda imzalanacağı gözlənilir.

Bu fikir ümumilikdə bütün istehsalçılar tərəfindən dəstək qazanıb. Lakin onlar əvvəlcə korporasiya haqqında əsasnamələr və AZPROMO-nun sifarişi ilə beynəlxalq araşdırma qrupu tərəfindən meyvə məhsulları sahəsində aparılan araşdırmalarla tanış olmağı arzulayıblar.

Əliyevin sözlərinə görə, şirkətlər korporasiyada tamamilə deyil, müəyyən istehsal qüvvələrinin verilməsi yolu ilə birləşə bilərlər. Onların korporasiyada iştirak payları bundan asılı olacaq və bu da müstəqil fəaliyyətə təsir göstərməyəcək. Hər şirkətin korporasiyaya daxil olması satılan istehsal qüvvələrinin auditor şirkətləri tərəfindən qiymətləndirilməsi ilə müşayiət olunacaq.

Korporasiya yerli şirə istehsalçılarının xarici bazarlarda təmsilçisi rolunu oynayacaq, istehsalın beynəlxalq standartlara uyğun vəziyyətə gətirilməsinə yardım edəcək, vahid brend altında ixraca çıxacaq.

Bu gün ölkədə 13 iri, 40-a yaxın kustar istehalçı var. Şirə istehsalının yüksək rentabelliliyini nəzərə alaraq, demək olar ki, ölkədəki bütün konserv və ət-süd müəssisələri şirə buraxılması üzrə istehsal xətlərinə malikdirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti