...

İl ərzində Azərbaycanın ən iri bankının aktivləri təxminən 60 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın Beynəlxalq Bankının (ABB) xalis gəliri 2008-ci ilin birinci rübündə 18,735 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 83,9 faiz artıb. Bu barədə çərşənbə günü bankın verilən məlumatında bildirilib.

ABB birinci rübü il ərzində 57,9 faiz artaraq 2888,5 mln. manat aktivlərlə yekunlaşdırıb.

Bankın kredit portfeli 1683,6 mln. manat təşkil edib ki, bunun 219,8 mln. manatı istehlakçı kreditlərin payına düşür. Hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi fiziki şəxslərin 411,957 mln. manat əmanətləri daxil olmaqla 1704,02 mln. manat (bank depozitlərini istisna olmaqla) təşkil edib.

ABB-nın ümumi kapitalı 292,852 mln. manat səviyyəsndə formalaşdırılıb ki, bunnun 100 mln. manatı nizamnamə kapitalının payına düşür.

Bankın aktivləri üzrə orta qalıqlara nisbətdə xalis gəlir ( POA göstəricisi) 0,68 faiz, balans kapitalı üzrə orta qalıqlara nistbətdə isə xalis gəlir (ROE) 6,8 faiz təşkil edib.

Aprelin 1-ə olan vəziyyətə görə, ABB 36 filala malikdir. Hazırda bank il ərzində sayı 21 dənə artaraq 578 bankomata, 63 informasiya köşkünə (2007-ci ilin birinc rübündə sayı 45 idi), 2 3979(1507) ROS -terminala malikdr.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti