...

Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlıqdan razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın inkişafı üçün real imkanlar var və hökumət bu imkanlardan səmərəli surətdə istifadə etmək niyyətindədir. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev bankın icraçı direktoru Patrik Pillonla görüşdə bildirib.

Qonaq iqtisadiyyatın sürətli inkişaf templəri, tikinti işlərinin genişlənməsi, ölkədə işgüzar iqlimin yaxşılaşmasından razı olduğunu bildirib. Sonra Pillon bankın ötən il ərzində fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, ötən il ərzində AİB $10,7 mlrd. kreditin ayrılmasını təqdir edib. Onlardan $1,7 mlrd. özəl sektordakı layihələrin maliyyələşdirilməsinə yönəldilib. Bundan əlavə görüşdə AİB-in Azərbaycanın İnvestisiya Şirkəti ilə əməkdaşlığının genişləndirilməsi üzrə danışıqlar aparılıb.

AİB 2008-2020-ci illər üçün fəaliyyət strategiyasını təsdiqləyib. Strategiyada 2020-ci ilədək dövlət və özəl sektora ayrılan vəsaitlərin bərabərləşdirilməsi nəzərdə tutulur. Bankın Azərbaycandakı fəaliyyətindən razılığını bildirən Pillon əməkdaşlığın genişləndirilməsi üçün istənilən yardımın göstərilməsinə hazır olduqlarını söyləyib.

AİB-in nümayəndəsi iqtisadi inkişaf nazirini bankın may ayında İspaniyada keçiriləcək illik toplantısında iştirak etməyə dəvət edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti