...

Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi birinci rüb üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel/ " / Yanvar-mart aylarında dövlət daşınmaz əmlakının icarəsi üzrə dövlət büdcəsinə 1,15 mln. manat vəsait daxil olub ki, bu da birinci rübdə planın 145 faiz yerinə yetirilməsi deməkdir. Bu barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.

Yanvar-mart ayları ərzində təşkilatın fəaliyyətinin yekunları komitənin rəhbəri Kərəm Həsənovun başçılığı ilə keçirilən kollegiyada açıqlanıb.

Bu dövr ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 30,5 mln. manat, dövlət əmlakının icarəsindən isə 1,15 mln. manat daxil olub.

Xəbər lenti

Xəbər lenti