...

Azərbaycanın daha bir bankı beynəlxalq maliyyə institutunu səhmdarları sırasına cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ Trend müxbir İ.Xəlilova/ Mugan Bank əcnəbi sərmayədarın səhmdarlığa cəlb edilməsi üzrə danışıqlar aparır. Bank əcnəbi sərmayədara 20-30 faizədək səhm verməyə hazırdır. Bu barədə bankın idarə heyətinin sədri Şaiq Ələkbərov məlumat verib.

"Danışıqlar beynəlxalq maliyyə institutu ilə aparılır. Onun xahişi ilə biz, yekun qərarın qəbul edilməsinədək bu barədə məlumatları açıqlaya bilmərik", - Ələkbərov qeyd edib.

Əvvəllər, Azərbaycan bankının kredit xətləri çərçivəsində 2006-cı ildən əməkdaşlıq etdiyi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) səhmdar kapitala cəlb edilməsinin perspektivləri barədə danışılırdı. Avropa bankının iş prinsipi belədir ki, o ilkin olaraq kreditləşməyə başlayır, sonrakı illərdə isə səhmdarlar sırasına daxil olmaq imkanlarını nəzərdən keçirir. Buna görə də, bu variant istisna edilmir. Bundan əlavə, Mugan Bank üçüncü kreditin alınması üçün AYİB-ə müraciət edib. Bunun nəticəsində Mugan Bank-ın portfeli hazırki $7 mln.-dan $13 mln.-dək arta bilər.

Bu gün Mugan Bank-ın aktivləri 90 mln. manat təşkil edir. Nizamnamə kapitalı 11 mln. manat olmaqla, ümumi kapital 13,75 mln. manat səviyyəsində formalaşdırılıb. Bankın kapitalının adekvatlılığı 20 faiz təşkil edir. Azərbaycan Milli Bankının adekvatlılığa dair normativ tələbi isə 12 faizdir. Ələkbərov bildirib ki, AMB-nin normativlərinə uyğunlaşmaq üçün Mugan Bank-ın səhmdarları bu il möcvud səhmdarların hesabına kapitallaşmanı 2-3 mln. manatadək artırmaq niyyətindədirlər. Lakin, əcnəbi sərmayədarın cəlb edilməsi bank səhmlərinin əlavə emissiyası vasitəsilə həyata keçiriləcək.

Bu gün Mugan Bank 100 faizli Azərbaycan bankıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti