...

Kənd təsərrüfatı mallarının istehsal qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ Trend / Martda Azərbaycanda ümumi kənd təsərrüfatı malları üzrə istehsal qiymətləri ötən aylarla müqayisədə 2,6 faiz, ötən ilin martı ilə müqayisədə isə 8,8 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, martda bitkiçilik, bostançılıq məhsullarının qiymət indeksi fevralla müqayisədə 99,5 faiz təşkil edib.

Meyvələrin, fındığın qiyməti 1,9 faiz azalıb, tərəvəz və bağçılıq məhsullarının qiyməti isə əksinə, 0,9 faiz artıb.

Heyvandarlıq məhsulları üzrə qiymətlərin indeksi ötən aylarla müqayisədə 104,3 faiz təşkil e dib. İribuynuzlu mal-qaranın və onun məhsullarının qiyməti 11,7 faiz, diri quş və yumurtaların 0,2 faiz, xırdabuynuzlu mal-qaranın (qoyunlar) qiyməti isə 5,4 faiz artıb.

Meşə və balıqçılıq təsərrüfatları məhsullarının qiyməti dəyişilməz qalıb.

Xəbər lenti

Xəbər lenti