...

ECO ölkələrinin nəqliyyat və kommunikasiya nazirləri Antaliya bəyannaməsi qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend / Aprelin 15-17-də Antaliyada (Türkiyə) keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) nəqliyyat və kommunikasiya nazirlərinin VII iclasının yekununda birgə bəyannamə imzalanıb. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin cümə günü yayılan məlumatında bildirilir.

Görüşdə iştirakçı dövlətlər arasında iqtisadi sahədə əməkdaşlıq, nəqliyyat sahəsində ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Görüş iştirakçıları tranzit ölkə kimi Azərbaycanın potensial imkanlarını yüksək qiymətləndiriblər.

Görüşdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov iştirak edib.

Xəbər lenti

Xəbər lenti