...

Əmək Nazirliyi Azərbaycanda may ayından əmək yarmarkaları keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 21:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi may ayından etibarən 2007-2011-ci illləri əhatə edən işsizliyin qarşısının alınması üzrə Dövlət Proqramı çərçivəsində regionlarda əmək yarmarkalarının keçirilməsinə başlayacaq. Bu barədə cümə günü Baş Məşğulluq İdarəsindən məlumat verilib.

"Hələ ki, yarmarkaların dəqiq vaxı müəyyənləşdirilir. Lakin ilk yarmarkaların Göyçay və Qobustanda keçiriləcəyi məlumdur", -deyə idarədən məlumat bildirilib.

Yarmarkalar may ayından başlayaraq ilin sonunadək davam edəcək. Bu ilin son yarmarkası dekabr ayına planlaşdırılıb və bu yarmarka Bakıda keçəcək. Ümumillikdə 55 region və ölkənin şəhərlərində yarmarkaların keçirilməsi planlaşdırılıb. Onların sayının artacağı istisna deyil.

2007-ci ildə Əmək Nazirliyi Azərbaycanın 55 regionunda 57 yarmarka keçirib. Nəticədə 9056 nəfər işlə təmin olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-martda rəsmi qeydiyyatda olan işsizlərin sayı 451,3 min təşkil edib ki, onlardan 48 faizini qadınlar təşkil edir. Azərbaycanda bir işçi yerinə dörd rəsmi qeydiyyatda olan işsiz namizədlik edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti