...

"Bank Respublika" 2007-ci ilin yekunlarına dair audit hesabatı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / " / Beynəlxalq auditor şirkəti "Deloitte & Touche LLC" "Bank Respublika"ya 2007-ci ilin yekunlarına dair konsolidasiya olunmuş audit hesabatını təqdim edib. Bu barədə bankın şənbə günü yayılmış məlumatında bildirilib.

Hesabat "Bank Respublika" və onun törəmə şirkətləri olan "Bakı Sığorta" şirkəti və "Respublika İnvest" şirkətinin fəaliyyəti üzrə nəticələri əhatə edir.

Maliyyə hesabatına əsasən, 2007-ci ilin sonuna "Bank Respublika"nın aktivləri 249 491 min. manat təşkil edib və bu, 2006-cı illə müqayisədə 124,2% çoxdur, bankın kredit portfeli isə 109,5% artaraq 158 044 min manat təşkil edib. Müştərilərin depozitləri 2007-ci ilin sonuna 11 673 min manat olub və bu göstərici 2007-ci ildə 113,3% artıb.

2007-ci ilin nəticələrinə əsasən, "Bank Respublika" məcmu kapitalının 150,4% artımına nail olub. Bankın məcmu kapitalı 28 540 min manat olub. Bankın nizamnamə kapitalı ötən dövr ərzində 75,7% artaraq 12 580 min manat təşkil edib. Bank 2007-ci ildə fəaliyyəti nəticəsində 6 688 min manat həcmində balans mənfəəti əldə edib. İlin yekunlarına əsasən, "Bank Respublika"nın xalis mənfəəti 5 088 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti