...

Qazaxıstanın taxılın ixracına qadağa qoyması fonunda Azərbaycan regionlarında çörəyin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2008 15:03 (UTC +04:00)
Qazaxıstanın taxılın ixracına qadağa qoyması fonunda Azərbaycan regionlarında çörəyin qiyməti artıb

Azərbaycan, Gəncə, 19 aprel / Trend , müxbir U.İsmayılova, V.Məmmədov/ Qazaxıstanın aprel ayında taxılın dünya üzrə qiymətinin artması fonunda daxili bazarı qorumaq məqsədi ilə 2008-ci ilin sentyabrında yeni məhsul yığımına qədər bu məhsulun ixracına qadağa qoyması səbəbindən Azərbaycan regionlarında çörəyin qiymətində artım hiss olunmağa başlayıb. Bu barədə şənbə günü Trend ın region müxbiri məlumat verib.

Şənbə günü Azərbaycanın iri şəhərlərindən biri olan Gəncədə çörəyin qiyməti 33 faiz artıb.

Cümə günü şəhərin mağazalarında 400 qram çəkili çörəyin bir buxankası 0,30 qəpiyə, bu gün isə 0,40 qəpiyə satılıb.

Ölkənin bütün qərb regionlarını unla təmin edən Azərbaycanda un istehsalı üzrə Türkiyə-Azərbaycan Birgə Müəssisəsi "Fatioqlu" bəyan edib ki, çörəyin qiymətinin artmasına səbəb taxıl defisiti olub. Şirkət taxlı əsasən Qazaxıstandan alır.

Şirkətdən bildiriblər ki, ilin əvvəlində buğdanın 50 kq-lıq kisəsi 18 manata olduğu halda, bu gün 25 manatdır.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi vəziyyətlə bağlı heç bir şərh vermir.

Hökumətdəki mənbədən şənbə günü verilən məlumata görə, Qazaxıstandan taxıl idxalının dayandırılması "Azərbaycanda çörək və çörək məhsullarının qiymətində belə tezliklə əks oluna bilməz".

Hökumətdəki mənbənin məlumatına görə, Qazaxıstan tədarükçüləri ilə əvvəlki müqavilələr qüvvədə qalır və yerli şirkətlər taxıl çatışmamazlığinı hiss etməməlidir. "Bu onu duşünməyə əsas verir ki, şirkət gələcəkdə taxılın mümkün qiymət artımından özünün sığortalamaq üçün qiymətləri düşünülmüş şəkildə qaldırır", - deyə hökumətdən bildiriblər.

Azərbaycanın illik taxıl təlabatı 3 mln. ton təşkil edir və bu məbləğin 1 mln. tonu idxal olunur.

Xəbər lenti

Xəbər lenti