...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 12:34 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı, 21 aprel / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0021 bənd möhkəmlənib (0,21 faiz). Keçən həftə orta məzənnə 1 ABŞ dollarına 0,82974 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 14-də 0,8310 manat, minimum isə aprelin 17-də (1 ABŞ dollarına 0,8285 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
7 aprel 0,8321 14aprel 0,8310
8 aprel 0,8312 15aprel 0,8300
9 aprel 0,8315 16aprel 0,8303
10aprel 0,8300 17aprel 0,8285
11aprel 0,8304 18aprel 0,8289
Həftə ərzində orta 0,83104 Həftə ərzində orta 0,82974

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0012 bənd (0,12 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82858 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi aprelin 14-də 0,8296 manat, minimum isə 17 apreldə (1 ABŞ dollarına 0,8270 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 14 apreldə - 0,8296 AZN/USD məzənnəsi ilə $5,02 mln., 15 apreldə - 0,8289 AZN/USD məzənnəsi ilə $7,365 mln., 16 apreldə - 0,8290 AZN/USD məzənnəsi ilə $4,22 mln., 17 apreldə - 0,8270 AZN/USD məzənnəsi ilə $61,936 mln., 18 apreldə - 0,8284 AZN/USD məzənnəsi ilə $2,234 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
7 aprel 0,8321 14aprel 0,8310
8 aprel 0,8312 15aprel 0,8300
9 aprel 0,8315 16aprel 0,8303
10aprel 0,8300 17aprel 0,8285
11aprel 0,8304 18aprel 0,8289
Həftə ərzində orta 0,83104 Həftə ərzində orta 0,82974
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
7 aprel 0,8309 14 aprel 0,8296
8 aprel 0,8297 15 aprel 0,8289
9 aprel 0,8304 16 aprel 0,8290
10aprel 0,8289 17 aprel 0,8270
11aprel 0,8294 18 aprel 0,8284
Həftə ərzində orta 0,82986 Həftə ərzində orta 0,82858

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. EUR/AZN T+0 aləti üzrə aprelin 16-da 487 655 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,3109 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 16 manat səviyyəsində qalıb.

Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti