...

Azərbaycanın sığorta şirkəti 2007-ci ildə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend / 2007-ci ilin yekunlarına görə, Azərbaycanın sığorta şirkəti Gunay Anadolu Sigorta-nın sığorta haqqları 857,4 min manat təşkil edib. Ödəmələr 44,2 min manata bərabər olub. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.

Şirkətin 207-ci ildə təkrarsığorta əməliyyatları üzrə sığorta haqqı olmayıb.

Şirkətin məlumatında bildirilir ki, 2007-ci ildə şirkətin aktivləri 1,9 mln. manat təşkil edib. İlin yekunları üzrə şirkətin balans mənfəəti olmayıb, balans itkiləri 152 min manat təşkil edib.

2007-ci ilin yekunları üzrə şirkətin gəlirləri 1,4 mln. manat, xərcləri isə 1,6 mln. manat olub.

1992-ci ildən fəaliyyət göstərən Gunay Anadolu Sigorta-nın təsisçiləri Gunay səhmdar bankı və Türkiyənin "Anadolu Anonim" sığorta şirkətidir. Şirkətin Nizamnamə kapitalı 806 min manatdır.

Xəbər lenti

Xəbər lenti