...

Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend , müxbir İ.Xəlilova/ Litvanın Baş naziri Gediminas Kirkilasın (Gediminas Kirkilas) rəsmi səfəri çərçivəsində aprelin 22-də Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat veriblər. Litva nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 21-də başlayıb.

Biznes-forumun işində iştirak etmək üçün Litvanın energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, tikinti sahələrindəki 17 şirkətin nümayəndələri respublikaya gəlir. Onların arasında "Mariyampoles peno konservay" QSC (Mariyampole şəh. süd konservləri), "Jviro kareray" QSC, "E eneqrqia" QSC, "PAROC" QSC, "AUGUST IR KO" QSC, "Baltvesta" QSC, "ORANDA" QSC, Linas AQRO, "TRANSKALİS" QSC, "Kardiolita" QSC - Vilnüs kardiocərrahiyyə mərkəzi, "Caspian Freight", "İmunolita" QSC və s. kimi şirkətlər var.

Litvanın işgüzar insanları Azərbaycanın dağ-mədən sənayesi və faydalı qazıntıların hasilatı infrastrukturu və digər vacib obyektlərin tikintisi, marketlərin tikintisi, elektrik avadanlığının buraxılması üzrə zavodun tikintisi və istismara verilməsi, broker və investisiya xidmətlərinin göstərilməsində dövlət və ictimai marağa zəmanət verilməsi prinsipləri ilə tanış olmaq niyyətindədirlər. Bundan əlavə, energetika sektorunda investisiyalara, elektrik enerjisi istehsalı, ictimai ehtiyaclar və sənaye müəssisələrinin elektrik enerjisi və istilik enerjisi ilə təchizatına da maraq göstərilir. Onlar neft emalı, həmçinin digər sənaye sahələrində, mənzil və digər binaların tikintisində texniki istilik izolyasiyası təklif etmək niyyətindədirlər. Səfərin gedişində insan toxumaları və hüceyrələri ilə donorluğun nizamlanması üzrə Səhiyyə Nazirliyinin nümayəndələri, həmçinin tibbi xidmətlər tədqiqatlar sahəsində biznes nümayəndələri ilə görüşlər keçirmək nəzərdə tutulub.

Kənd təsərrüfatı sahəsində Azərbaycanda quşçuluq üçün soya şrotunun tədarükü (broyler və yumurtaların istehsalı), soya şrotu, raps şrotu və digər zülaldan istifadə etməklə quşlar üçün yemin istehsalı məqsədilə xammal tədarükü maraq kəsb edir. Bundan əlavə, Litva biznesmenləri süd məhsulları istehlakçıları ilə maraqlanırlar.

Tədbirlər AZPROMO və Litva Sənayeçiləri Konfederasiyası tərəfindən keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti