...

AYİB Azərbaycan bankı üçün sindikatlaşdırılmış kredit təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktolar Şurası mayın 28-də keçiriləcək iclasında mikro və kiçik sahibkarlığın inkişafı üçün Azərbaycan Mikromaliyyələşdirmə Bankına (AMMB) $30 mln. məbləğində sindikatlaşdırılmış kreditin ayrılmasını müzakirə edəcək.

Vəsaitlər banka beynəxalq kapital bazarlarına çıxmaqda kömək edəcək və mikro və kiçik sahibkarlığın uzunmüddətli maliyyələşdirilməsinin təmin edilməsi ilə Azərbaycanın maliyyə sisteminin genişlənməsinə yardım göstərəcək.

Bu AMMB üçün birinci sindikatlaşdırılmış kreditdir və bu vəsait bankın kredit portfelini diversifikasiya etməyə imkan verəcək. AYİB $30 mln. məbləğində kreditdən $10 mln ayıracaq. Qalan vəsait sindikatlaşdırılmış kreditlər bazarında mənimsəniləcək.

Avropa Bankı AMMB-in səhmdarlarından biridir və 20 faiz səhm paketinə malikdir. 2008-ci il aprelin əvvəlinə olan məlumata görə, AMMB-nin kredit portfeli ümumi məbləği $140 mln. olmaqla 55 000 min krediti ötüb. Bankın fəaliyyət göstəridiyi beş il ərzində ümumi məbləği $335 mln. olan 120 min kredit verilib. Kreditin orta məbləği $2800-ı bir qədər ötür. Bankın ümumi aktivləri $160 mln.-u ötür.

Aprelin 21-ə olan rəsmi məzənnə - 0,8296 AZN/AZN.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti