...

Rusiyanın ROSNO şirkətinin rəhbərliyi Bakıda Azərbaycan sığortaçıları ilə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / " Rusiyanın Milli Sığorta Cəmiyyətinin (ROSNO) rəhbərliyi aprelin 25-də Azərbaycana səfər edəcək. Bu barədə bazar ertəsi telefonla şirkətin Moskvadakı baş ofisindən məlumat verilib.

"ROSNO səhmdarları şirkətin Bakıdakı nümayəndəliyinin təqdimatı üçün Azərbaycana gələcəklər", - deyə şirkətdən bildiriblər.

Azərbaycanın Vergilər Nazirliyndə aprelin 15-də ROSNO-nun Azərbaycandakı nümayəndəliyinin dövlət qeydiyyatı aparılıb.

Vergilər Nazirliyindən verilən məlumata görə, nümayəndəliyin rəhbəri Emin Aslanov təyin olunub. O, əvvəllər Rusiyanın "İnqosstrax" və Rusiyanın "Malakut" şirkətlərinin Azərbaycan nümayəndəliklərinə rəhbərlik edib.

ROSNO şirkətlər qrupu Rusiyada fəaliyyət göstərən iri sığorta qruplarından biridir. Federal səviyyədə universal sığorta şirkəti "ROSNO" ASC və onun törəmə şirkətləri: "ROSNO MS", "ROSNO Tsentr", "Alyans ROSNO Jizn", "Alyans ROSNO Upravlenie aktivami" və "Alyans Ukraina" daxildir. ROSNO-nun səhmdarı aparıcı "Allianz SE" beynəlxalq sığorta konsernidir (97 faiz səhmə malikdir). Onun müştərilərinin sərəncamında 130-dan çox könüllü və icbari sığorta növü var. ROSNO-nun regional şəbəkəsi ərazi cəhətdən 10 müdiriyyətdə birləşən 100 filial və Rusya Federasiyasının bütün subyektlərində 300 agentlikdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti