...

Bakı Fond Birjası qiymətli kağızlar üzrə regional konfrans keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend / Bakı Fond Birjası "Fond bazarı: bizimlə öyrənin və qazanın" kampaniyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran şəhərində qiymətli kağızlara dair növbəti regional konfrans keçirib. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılan məlumatında deyilir.

Aprelin 18-də Lənkəranda keçirilən konfransda 30-dan artıq yerli müəssisə və şirkətlərin rəhbər şəxsləri və nümayəndələri, həmçinin İqtisadi İnkişaf Nazirliyinin Lənkəran şəhər idarəsinin nümayəndələri iştirak ediblər.

"Fond bazarı: bizimlə öyrənin və qazanın" kampaniyası çərçivəsində ilk belə tədbir ötən ilin dekab ayında Gəncə şəhərində keçirilib. Kampaniyanın əsas məqsədi ölkədə fond bazarına marağı artırmaq, yerli biznes dairələri və iş adamlarının qiymətli kağızlar haqqında bilgilərini genişləndirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti