...

Azərbaycan İpoteka Fondu agentlərinin sayını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ " müxbir Ü.İsmayılov/ Azərbaycan Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) agentlərinin sayını genişləndirib. Bu barədə bazar ertəsi fonddan məlumat veriblər.

"Az Sigorta sığorta şirkəti və Lider-Service-S qiymətləndirmə şirkəti fondun yeni agentləri olublar", - AİF-dən bildiriblər.

2006-cı ilin martından fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu vəsait çatışmadığına görə, 2007-ci ilin yayında kreditlərin maliyyələşdirilməsini dayandırıbı. 2006-cı ildə fond üçün dövlət büdcəsindən 25, 2007-ci ilin büdcəsindən 20 mln. manat ayrılıb. 2008-ci ildə dövlət büdcəsindən 34 mln. vəsait ayrılıb. Fond hələ ki, ipoteka kreditləşməsini bərpa etməyib.

Əvvəllər Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, İF 2008-ci ildən ipoteka kreditlərinin maliyyələşdirilməsinə başlayacaq. Fond yalnız sosial ipotekanı maliyyələşdirəcək.

Hazırda AİF-in agentləri ölkənin 13 qiymətləndirmə, 11 sığorta şirkəti, 22 kredit təşkilatı və 1 broker şirkətidir.

Xəbər lenti

Xəbər lenti