...

AYİB-in Azərbaycana olan marağı ölkənin regionda lider mövqedə olmasına dəlalət edir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 13:49 (UTC +04:00)
AYİB-in Azərbaycana olan marağı ölkənin regionda lider mövqedə olmasına dəlalət edir  – nazir

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana olan böyük marağı ölkənin regionda lider mövqedə olmasına dəlalət edir. Bunun nəticəsində bu gün respublikada bank tərəfindən maliyyələşdirilən layihələrin ümumi həcmi 1 mlrd. dolları üstələyir. Bu barədə çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Onun rəyinə görə, bankın marağı həmçinin ölkədə aparılan iqtisadi islahatların göstəricisidir ki, bunu Bakıda nazirlə görüş zamanı AYİB-in icraçı direktoru Manuel Saqer də təsdiq edib.

AYİB-in icraçı direktoru gələcəkdə Azərbaycanın təkcə özəl sektorunda deyil, həmçinin dövlət sektorunda, xüsusilə də neft və qaz, nəqlyyat sahələri üzrə layhələrin maliyyələşdirilməsində bankın maraqlı olduğunu ifadə edib.

Əməkdaşlığın əvvəlindən AYİB Bakı-Tbilisi-Qars dəmiryolu istisna olmaqla, praktiki olaraq Azərbaycanın bütün infrastruktur layihələrində iştirak edir.

"Bu tendensiya davam etdiriləcək. AYİB-in may ayında Kiyevdə keçiriləcək illik iclasında bank bu siyasəti təsdiq edəcək. Biz Kiyevdəki illik toplantıda keçirəcəyimiz görüşləri artıq planlaşdırmışıq", - deyə nazir bildirib.

Artıq ikinci ildir ki, AYİB mənfəətlə işləyir və illik iclasda mənfəətin banka üzv ölkələr arasında paylanması məsələsi nəzərdən keçiriləcək.

Bu gün AYİB-ə üzv ölkələr arasında iki fikir formalaşıb. Bir qrup mənfəətin ölkələr arasında bölüşdürülməsini, digər bir qism isə bu vəsaitlərin ehtiyatda saxlanılmasını və banka üzv dövlətlərə texniki yardım şəklində verilməsi mövqeyini tutur.

Azərbaycanın mövqeyi bu vəsaitin bir hissəsinin ehtiyata köçürülməsi, bir hissəsinin isə texniki yardıma istiqamətləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti