...

Azərbaycanda 40 mindən çox dövlət obyekti özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / " / Azərbaycanın Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanvar-mart aylarında təxminən 350 kiçik dövlət müəssisəsi üzrə özəlləşmə aparıb. Bu barədə Komitənin çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Ölkə prezidentinin "Dövlət səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin özəlləşdirilməsinə dair" 2006-ci il 23 avqust tarixli fərmanından sonra ümumilikdə ölkədə təxminən 41 min dövlət obyekti özəlləşdirilib.

Cari ilin birinci rübündə dövlət obyektləri yanında 175 dövlət torpaq sahəsi özəlləşdirilib.

Xəbər lenti

Xəbər lenti