...

Azərbaycanın iki hava limanında hava hərəkətinin idarə edilməsi sisteminin tədarükünü Thales həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend müxbir S.Əliyev/ Naxçıvan və Gəncə hava limanları üçün hava hərəkətinin idarə edilməsi sistemi avadanlığının tədarükünü Fransanın Thales şirkəti həyata keçirəcək. Bu barədə AZAL Dövlət Konsernindən məlumat veriblər.

Bir müddət əvvəl Azərbaycan parlamenti Fransanın dövlət bankı Natexis Banques Populaires tərəfindən Naxçıvan və Gəncə hava limanları üçün hava hərəkətinin idarə edilməsi avadanlığının əldə edilməsi məqsədilə kreditin ayırlması haqqında Azərbaycan və Fransa hökumətləri arasında maliyyə protokolunu təsdiq edib.

Kreditin məbləği 14 mln. 880 min avrodur. O, 21 il müddətinə (birinci 7 il güzəştli), illik 1,5 faiz dərəcəsi altında ayrılıb. Kreditin əsas hissəsi hər yarım ildən bir 28 ödəmə ilə ödəniləcək.

Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan hava limanı yenidənqurma işlərindən sonra 2004-cü ildə istismara verilib. Azərbaycanın Qərb regionunda yerləşən Gəncə hava limanı da yenidən qurulub və 2006-cı ildə istismara verilib. Hər iki hava limanı beynəlxalq statusa malikdir.

Thales Group aviakosmik, hərbi və dəniz sahələrində tətbiq edilmək üçün nəzərdə tutulan informasiya sistemləri buraxan beynəlxalq sənaye qrupudur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti