...

Azərbaycan parlamenti minimum əməkhaqqı və pensiyaların yenidən artırılması məsələsinə baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend müxbir İ.Əlizadə/Azərbaycan parlamenti əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün mayda minimum əməkhaqqı, pensiya, yaşayış minimumi və kasıb ailələrə verilən ünvanlı sosial yardımların yenidən artırılması məsələsinə baxacaq.

"Enerji daşıyıçılarının qiyməti artdığına görə, dünyada, o cümlədən də Azərbaycanda bir sıra məhsulların qiyməti bahalaşır. Bahalaşmanın əhalinin kasıb təbəqəsinin vəziyyətinə təsir etməsinin qarşısını almaq üçün minimum əməkhaqqı, pensiya, yaşayış minimumi və kasıb ailələrə verilən ünvanlı sosial yardımın artırılmasına ehtiyac var", - Azərbaycan parlamentinin Sosial siyasət daimi komissiyasının sədr müavini, deputat Azay Quliyev bildirib.

Hazırda minimum əməkhaqqı 70, pensiyaların baza hissəsi 60, minimum yaşayış həddi 70, ehtiyac meyarı isə 45 manatdır.

"Minimum əməkhaqqı, pensiya, yaşayış minimumi və kasıb ailələrə verilən ünvanlı sosial yardımın nə qədər artırılacağını indidən demək çətindir. Bu dövlət büdcəsinin artırılması ilə bağlı hökumətin təqdimatından və parlamentdəki müzakirələrdən sonra məlum olacaq. Hesab edirəm ki, 5-10 manat artım olmalıdır", - komissiya sədrinin müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti