...

Regional çörək istehsalçıları istehsalın rentabelliyinin azalması problemi ilə üzləşiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 19:12 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 22 aprel/ Trend , müxbir Ü.İsmayılova, P.Əliyeva/ Azərbaycanın çörək istehsalı üzrə regional sexləri istehsalın rentabelliyinin azalması problemi ilə üzləşiblər. Bu barədə çərşənbə axşamı Trend -ın regional müxbiri məlumat verib.

Regionda çörək istehsalçıları bildiriblər ki, unun bahalaşmasına görə Lənkəranın bir çox sexlərində 0,20 manata satılan çörəyin çəkisini 400 qramdan 360 qramadək azaldıblar. 10 gün əvvəl 50 kiloqramlıq un kisəsi 24,4 manata satılırdısa, indi onun qiyməti 27 manata çatıb.

"Çörəyin çəkisinin azaldılması hələ ki, vəziyyətdən yeganə çıxış yoludur. Belə ki, əhali çəkinin azalmasına qiymət artımına olduğu kimi aqressiv münasibət göstərmir", - çörək istehsalçıları bildiriblər.

Azərbaycanın taxıla olan illik tələbatı 3 mln. ton təşkil edir və bunun 1 mln. tonu əsasən Qazaxıstan, Rusiya və Ukraynadan idxal edilir. Ötən həftə Qazaxıstan dünyada taxılın qiymətinin artması fonunda daxili bazarın müdafiəsi məqsədilə 2008-ci ilin sentyabrında yeni məhsuladək ixraca qadağa qoyub.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə axşamı Azərbaycanda taxıl çatışmazlığı ilə bağlı məlumatı təsdiqləməyib. "Bu düzgün deyil. Ölkədə həm idxal edilən, həm də yerli taxılın kifayət qədər ehtiyatı var", - nazir bildirib. Onun sözlərinə görə, hökumət çatışmazlığın yaranmasına yol verməyəcək. Lakin bununla yanaşı, nazir ölkədə çörəyin qiymətinin artmasına dair məlumatların olmasını təsdiqləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti