...

"Agrolizing" gübrə alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / " / "Agrolizing" ASC gübrələrin alınması üçün tender elan edib. Təşkilatın verdiyi məlumata görə, ASC 10 min ton həcmində dənəvər superfosfat (P2O5) və 16:16:16 - 2 min ton nitroammofosk alacaq.

Tenderdə iştirakın qiyməti 1 min manat təşkil edir. Maraqlanan şirkətlər mayın 27-nə kimi qeydiyyatdan keçməlidir. Tender təklifləri isə iyunun 5-dək qəbul olunacaq. Prosedur iyunun 6-da ASC-də baş tutacaq.

Tenderdə qalib gələn şirkət müqavilə imzalandıqdan sonra 90 gün ərzində alınmış gübrələri təqdim etməlidir.

Bir az əvvəl ASC azot gübrələrinin (Ammoniy Nitrat- NH4NO3) alınması üçün şirkəti müəyyənləşdirib. Tenderin qalibi Britaniyanın "Agroinvest S.L" şirkəti olub. "Agrolizing" ondan 60 min ton gübrə alacaq( 50 kiloqramlıq kisələrdə).

"Agrolizing" 2004-cü il oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Müəssisənin fəaliyyəti aqrar bölmənin yaxşılaşdırılması və ölkədə yerli torpaq sahibkarlarına müxtəlif kənd təsərrüfatı texnikasının lizinq yolu ilə verilməsilə sahibkarlığın dəstəklənməsinə istiqamətlənib.

"Agrolizing" 2005-ci ildə fəaliyyətinin ilkin dövründə fermerlərə 5 min müxtəlif kənd təsərrüfatı texnikası, 110 min ton azot gübrəsi, 26 min ton superfosfat gübrəsi satıb.

Bu müddət ərzində "Agrolizing" ASC üçün dövlət büdcəsindən 103,5 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti