...

Bakının təkrar avtomobil bazarında təkliflərin sayı nəzərəçarpacaq dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir Ü.İsmayılova/ Martda Bakının təkrar avtomobil bazarında satışa çıxarılan avtomobillərin sayı 60 faiz artıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat veriblər.

"Martda ən çox satılan avtomobillərin qiyməti $13 mindən $18 minədək olub", - birlikdə bildiriblər.

Bazara çıxarılmış 6,4 min avtomobilin böyük hissəsi Mercedes Benz markalı avtomobillər olub. Onun bazarda payı 45,8 faiz təşkil edib. Avtomobillərin sayına görə ikinci yerdə BMW markalı avtomobillər olub. Onların sayı 2007-ci illə müqayisədə 1 faiz azalıb. Üçüncü yerdə 2007-ci illə müqayisədə sayı 8,1 faiz artmış OPEL markalı avtomobillər dayanır.

Martda təkrar avtomobil bazarında bütün birinci rüb ərzində ən dinamik inkişaf səviyyəsi müşahidə edilib. Martda şəhərin bəzi hissələrində təkrar avtomobillərin satışının ləğv edilməsinə baxmayaraq, bu ay təkrar avtomobil bazarı üçün çox canlandırılmış olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti