...

Bakıya CAREC çərçivəsində ikinci nəqliyyat dəhlizinin mərkəzi olmaq təklif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir İ.Xəlilova/ Tikintisi CAREC proqramı (CAREC - Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq) çərçivəsində təklif edilən ikinci nəqliyyat dəhlizində (Çin - Orta Asiya - Avropanı əhatə edir) yüklənmə mərkəzi Bakı olacaq. Belə təklif aprelin 23-də Bakıda keçirilən "CAREC dəhlizlərinin ticari loqistikası və effektliliyinin monitorinqi üzrə" seminarda Asiya İnkişaf Bankının məsləhətçisi tərəfindən irəli sürülüb.

"Bu, Bakıda böyük loqistik mərkəz yaratmağa imkan verəcək, Çindən gətirilən bütün yüklər Azərbaycan sərhədindən keçəcək, burada emal ediləcək və milli avtodaşıyıcılar tərəfindən daşınacaq, - Azərbaycanın Beynəxalq Avtodaşıyıcıları Assosiasiyası Baş katibinin müavini Ramiz Axundov məlumat verib. - bu ölkəyə investisiyaların cəlb edilməsinə və nəqliyyat sisteminin inkişafına yardım edəcək".

Asiya İnkişaf Bankının nümayəndələri tədbirdə qeyd ediblər ki, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində dərin analizin aparılması üçün mayda Azərbaycana məsləhətçilər göndərmək planlaşdırılır. Bu layihələrin reallaşdırılması ötən ilin sonunda CAREC-də iştirak edən dövlətlər tərəfindən təsdiq edilmiş regionda ticarət və nəqliyyatın inkişafına yardım proqramında nəzərdə tutulub.

Proqramda ümumi dəyəri $18 mlrd. olan və CAREC-də iştirak edən səkkiz dövlətin ərazisindən keçən altı nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulur. Bu dəhlizlərdən birinci ola biləcək ikisi Azərbaycanı Qazaxıstan və Azərbaycanı Türkmənistanla birləşdirəcək və avtomobil, hava və dəmir yolu nəqliyyatının inkişafını nəzərdə tutur.

Vacib dəhlizlərdən biri ümumi sahillərdə limanların inkişafı ola bilər. Bunun üçün isə müvafiq infrastrukturun yaradılması lazımdır.

Nəqliyyat dəhlizlərinin inkişafı üçün 2007-ci ildə CAREC-də iştirak edən digər beynəlxalq maliyyə institutları ilə AİB-in birgə təqdir etdiyi ümumi maliyyələşdirmə həcmi $1,2 mlrd. təşkil edib. Bunun $680 mln.-ı Asiya İnkişaf Bankı tərəfindən ayrılıb.

Azərbaycan üçün AİB tərəfindən təsdiqlənən və nəqliyyat layihələrinin reallaşdırılmasına $500 ayrılmasını nəzərdə tutan multitranş maliyyələşdirmə mexanizmi (MFF) nəqliyyat dəhlizinin inkişafı istiqamətində atılan addımlardandır.

CAREC - səkkiz iştirakçı dövlətin (Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, BVF, İİB, BMT-nin İnkişaf proqramı və Dünya Bankı) tərəfdaşlığıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti