...

"Azərbaycanın PSA tipli neft müqavilələri: Status və perspektivlər" - Xəzər neft-qaz konfransında "Trend Capital"ın Analitika Mərkəzinin direktorunun məruzəsi (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 16:03 (UTC +04:00)
"Azərbaycanın PSA tipli neft müqavilələri: Status və perspektivlər" -  Xəzər neft-qaz konfransında "Trend Capital"ın Analitika Mərkəzinin direktorunun məruzəsi (video)

Azərbaycan, Bakı, 23 aprel / Trend / Trend ın Analitika Mərkəzinin direktoru Ellada Xankişiyeva çərşənbə günü neft və qaz, karbohidrogen sahəsi üzrə xarici şirkətlərin nümayəndələrinin geniş dairəsi və ekspertləri qarşısında "Azərbaycanın PSA tipli neft müqavilələri: Status və perspektivlər" məruzəsi ilə çıxış edib.

Xankişiyeva məruzəni ilə Bakıda Böyük Britaniyanın "Confidence Energy" şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası tərəfndən təşkil olunan II Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında səsləndirib.

Bakıda keçirilən konfrans çərçivəsində Xəzərin təkcə XXI əsrin daha əhəmiyyətli neft-qaz hövzələrindən biri kimi dünya enerji bazarı sisteminə makronteqrasiya məsələləri nəzərdən keçirilmir, burada həmçinin ixrac istiqamətlərinin Xəzəryanı ölkələrin iqtisadiyyat və neft-qaz sahələrinə təsirinin ətraflı təhlili də apaırılır. Eləcə də Xəzər hövzəsi ölkələrinin enerji bazarı, regionda ticarət, nəqliyyat infrastrukturu və trazit, neft məhsullarının keyfiyyəti məsələləri təhlil olunur.

Siz Xankişiyevanın çıxışına Trend agentliyinin saytında yerləşdirilən video-rolikdə baxa bilərsiniz.

Xəbər lenti

Xəbər lenti