...

Azərbaycan geniş tutumlu bərə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) daha bir dəmir yolu bərəsi almaq niyyətindədir.

Ötən ilin sonunda gəmiçilik artıq bir bərə almışdı. Bu bərə eyni zamanda 52 vaqonu daşımaq imkanına malikdir ki, bu da demək olar ki, gəmiçiliyin balansında olan digər bərələrin imkanlarından iki dəfə çoxdur.

Eyni zamanda 52 vaqonun daşınması Xəzərin şərq sahilinə gedən qatarın hissələrə ayrılmamasına imkan verir və daşınmanın iqtisadi səmərəsini artırır.

Yeni bərə Xəzər dənizində TRACECA marşrutu üzrə hərəkət edəcək. Bərə Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsinin inkişafına yardım göstərəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti