...

Azərbaycanda ilk sənaye şəhərciyinin yaradılması üzrə TİKA layihəsinə düzəlişlər edilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Sumqayıtda tikiləcək yeni sənaye şəhərciyinin qurulması ilə bağlı konsepsiya hazırlayıb. Bu barədə cümə axşamı Nazirlik Aparatının rəhbəri Samir Vəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda şəhərciyin yeri və müvafiq infrastrukturun yaradılması üçün lazım olan maliyyə həcmləri dəqiqləşdirilir. Bu xərcləri dövlət öz üzərinə götürür.

Sənaye şəhərciyinin tikintisi ilə bağlı pilot layihəsinin reallaşdırılması ilkin mərhələdə Xızı və Abşeronda nəzərdə tutulub. Bu ərazilərdə müvafiq infrastrukturun yaradılmasına ötən il büdcə vəsaitlərindən 8 mln. manat ayrılıb. Azərbaycanda ilk sənaye şəhərciyi "Yeni Yaşma" dəstək layihəsi Türkiyənin Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) tərəfindən hazırlanıb. Şəhərciyin yerinin dəyişdirlməsi ilə əlaqədar olaraq TİKA layihəsində düzəlişlər edilməlidir, belə ki, əvvəlki yerdən (Yeni Yaşma) fərqli olaraq Sumqayıt ərazisində artıq bir çox müəssisələr var.

Sənaye şəhərciyi fəaliyyət göstərməyən müəssisələrin ərazisində yaradılacaq. Bununla əlaqədar olaraq hökumətdən razılıq alınıb və sərəncam layihəsi hazırlanıb.

Sənaye şəhərciyinin yerinin dəyişdirilməsi ilk növbədə vəsaitlərin qənaət olunmasına imkan yaradacaq və müəssisənin inkişafında müsbət rol oynayacaq. Artıq 2008-ci il üçün Dövlət İnvestisiya Proqramının yaradılmasına vəsaitlər qoyulub. Proqramın gələcək inkişafı üçün kommersiya maliyyələşdirilməsi tələb olunur ki, bununla əlaqədar Beynəlxalq Maliyyə Korporasiyası və digər BMİ-lərlə danışıqlar aparılır.

Ötən il Cənubi Koreya Azərbaycana tikinti üçün Koreya şirkətlərinin cəlb olunması ilə bağlı təklif irəli sürüb. Bu təklif Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə Koreyanın KOYKO texniki dəstək təşkilatının görüşündə əsas mövzulardan biri olub.

Sənaye şəhərciyinin ərazisində ticarət müəssisələri istisna olmaqla, kiçik və orta istehsalçılar fəaliyyət göstərə bilərlər. Şəhərcikdə fəaliyyət göstərən sahibkarlar üçün əsas üstünlüklərdən biri o olacaq ki, onlar hökumət tərəfindən yaradılmış infrastrukturdan istifadə edə biləcək. Bu, onların fəaliyyətinə ediləcək qanunsuz müdaxilələrin qarşısını alacaq. Sənaye şəhərciyi həmçinin biznes-inkubatorların işində də rol oynayacaq və işgüzar əlaqələrin təşkil edilməsinə və inteqrasiyaya kömək edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti