...

Azərbaycanın iri sığorta şirkətinin sığorta haqları yanvar-mart ərzində təxminən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / " , müxbir U.İsmayılova/ Cari ilin birinci rübündə Azərbaycanın iri sığorta şirkəti olan "A-GROUP"un sığorta haqlarının həcmi 18,8 faiz artaraq 1,4 mln. manat təşkil edib. Bu barədə şirkətin cümə günü yayılan məlumatında bildirilir.

"A-GROUP"un mədaxil həcminin əsas hissəsi könüllü tibbi sığortanın payına düşüb. Bu sahə üzrə sığorta haqları 1,3 mln. manat təşkil edib ki, bu da ötən ilin nəticələrini 18 faiz üstələyir.

Avtomobillərin kompleks sığortalanması üzrə sığorta haqları 32 faiz artıb və 126,3 min manat təşkil edib.

Bədbəxt hadisələrdən sığortalanma üzrə yığımların həcmi ötən ilin analoji dövr göstəriciləri ilə müqayisədə 3,5 dəfə artıb.

Cari ilin birinci rübündə "A-GROUP"un sığorta ödəmələri 706,4 min manat təşkil edib.

Azərbaycanın sığorta bazarında 1995-ci ildən fəaliyyət göstərən "A-GROUP" sığortanın 19 növü üzrə xidmət göstərir ki, bunlardan da ikisi icbari sığortadır. Şirkətin nizamnamə kapitalı 1,55 mln. manat təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti