...

Azərbaycanın regionunda çörəyin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 25 aprel/ Trend müxbir P.Əliyeva/ Lənkəranda (Bakıdan 270 km məsafədə yerləşir) 350 qramlıq çörək aprelin əvvəlində olan 0,20 manatdan 0,30 manatadək bahalaşıb. Bu barədə Trend -ın regional müxbiri məlumat verib.

Aprelin əvvəlində 50 kq çəkisində bir kisə unun qiyməti 23 manat təşkil edirdisə, indi qiymət 29 manatadək artıb.

Azərbaycanın taxıla olan illik təlabatı 3 mln. ton təşkil edir və bunun 1 mln. tonu əsasən Qazaxıstan, Rusiya və Ukraynadan idxal edilir. Ötən həftə Qazaxıstan dünyada taxılın qiymətinin artması fonunda daxili bazarın müdafiəsi məqsədilə 2008-ci ilin sentyabrında yeni məhsuladək ixraca qadağa qoyub.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə axşamı Azərbaycanda taxıl çatışmazlığı ilə bağlı məlumatı təsdiqlməyib. "Bu düzgün deyil. Ölkədə həm idxal edilən həm də yerli taxılın kifayət qədər ehtiyatı var", - nazir bildirib. Onun sözlərinə görə, hökumət çatışmazlığın yaranmasına yol verməyəcək. Lakin bununla yanaşı nazir ölkədə çörəyin qiymətinin artmasına dair məlumatların olmasını təsdiqləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti