...

Fondlaşdırmanın kifayət etməməsi Azərbaycanın bank sektorunun inkişafını saxlaya bilər – Fitch

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq reytinq agentliyi Fitch Ratings nəzərəçarpacaq çətinliklərə baxmayaraq, Azərbaycanın bank sektorunun sürətli inkişafını təsdiqləyir. Bu barədə agentliyin hesabatında deyilir.

Azərbaycan bankları üçün nəzərəçarpacaq çətinlikləri çox sürətli artım, özəl sektor bankları arasında əhəmiyyətli parçalanma, balansların cəmləşməsi və zəif korporativ idarəetmə təcrübəsi yaradır. Eyni zamanda, Fitch son illərdə neftin yüksək qiymətləri ilə şərtlənən canlanmış kredit konyukturası fonunda aktivlərin keyfiyyətinin artmasını, həmçinin artımın aşağı səviyyədən başladığını və bunun kredit risklərini bir qədər yumşaltdığını qeyd edir.

Fitch-in maliyyə təşkilatları üzrə analitik qrupunda kiçik direktor Vladimir Markelovun sözlərinə görə, nəzarət orqanı bank nəzarəti sisteminin effektliliyinin artırılmasına yönəlmiş bir sıra addımlar atıb. Görülən tədbirlər kapitalın minimal ölçüsünə olan tələbin artırılması hesabına konsolidasiyanı stimullaşdırır.

Azərbaycan Milli Bankı ümumilikdə beynəlxalq standartlara uyğun maliyyə hesabatlılığı standartlarını qəbul edib və əmanətlərin sığortalanması sisteminin tətbiqinə yardım göstərib. Eyni zamanda, Markelovun rəyinə görə, təcrübədə məcburi tənzimləmə tələbləri kifayət qədər sərt tətbiq edilmir, səhmdar kapitalın strukturu çox vaxt kifayət qədər şəffaf, korporativ idarəetmə üzrəində nəzarət isə sərt olmur.

"Fövqəl sürətli artım, sahələr və borclular üzrə əhəmiyyətli cəmləşmə və hələ də yüksək dollarlaşma narahatlıq doğurur, - Fitch-in maliyyə təşkilatları üzrə analitik qrupunda baş direktor Ceyms Uotson hesab edir. - Bununla yanaşı, belə risklər bank xidmətlərinin nisbətən aşağı səviyyədə yayılması və ümumilikdə əlverişli kredit konyukturası fonunda problemli kreditlər üzrə göstəricilərin yaxşılaşmasının hesabına bir qədər yumşalır".

Ölkədə bank xidmətlərinin tətbiqinin ümumi səviyyəsi MBD-nin bir çox digər ölkələrindən nəzərəçarpacaq dərəcədə geri qalır. 2007-ci ilin sonunda ÜDM-ə nisbətdə bankların kredit portfellərinin xüsusi çəkisi 18 faiz təşkil edib. Eyni zamanda, Fitch ekspertlərinin rəyinə görə, "kreditlər/ÜDM" göstəricisini dominant neft-qaz sektorunun aşağı səviyyədə bank kreditləşməsini nəzərə almaqla gözdən keçirmək lazımdır. Neft-qaz sekoru 2007-ci ildə Azərbaycan ÜDM-in 63 faizini təmin edib. Buna görə, qeyri-neft sektorunun bank xidmətləri ilə əhatə olunma dərəcəsi daha yüksəkdir.

Fitch ölkənin bank sektorunun, xüsusən də aparıcı özəl bankların sürətli artımının davam edəcəyini gözləyir. Lakin beynəlxalq kreditlərə olan çıxış məhdud qalarsa, kifayət qədər fondlaşdırılmama artımı saxlaya bilər.

Bundan əlavə, məlumatda deyilir ki, bank sistemi iri banklar üzrə cəmləşmə ilə səciyyələnir. 2007-ci ilin sonunda Azərbaycan Beynəlxalq Bankı (ABB) dövlət bankının aktivləri bütün sistemin aktivlərinin 39 faizini təşkil edib. Eyni zamanda, özəl banklar arasında yüksək parçalanma müşahidə edilir və banklardan heç biri sistemin akitvlərinin 10 faizdən çoxunu tutmur. Bu, miqyasda qənaət effektinə və risklərin diversifikasiyasına nail olmağa mane olur.

Ölkənin bank sisteminə 46 bank daxildir ki, bu da sistemin ölçüsü ilə müqayisədə kifayət qədər çoxdur. Lakin filial şəbəkələri kifayət qədər inkişaf etməyib.

Fitch ölkənin bank sektorunda dövlətin iştirak səviyyəsinin yüksək olduğunu qeyd edib. Özəlləşdirmə az şəffalıq səviyyəsi, AMB və Kapital Bank-ın qeyri-dövlət benefisiar mülkiyyətçiləri haqqında məhdud informasiya ilə yavaş gedir. Beynəlxalq maliyyə təşkilatlarının 10 iri bankdan dördündə minoritar səhm paketi əldə etmələrinə baxmayaraq, əcnəbi mülkiyyətin payı kifayət qədər mülayimdir.

Son illərdə sistemin mənfəətliliyi məqbul səviyyədədir. Lakin inflyasiyaya düzəlişlərlə kapitala olan gəlirlilik o qədər də yüksək deyil. Fondlaşdırmanın əsas mənbəyi qısamüddətli və potensial olaraq vəsaitlərin götürülməsi riskinə məruz daxili depozitlərdir. Agentliyin məlumatında qeyd edilir ki, xarici kreditlər məhduddur və əsasən ikitərəfli kreditlər, sindikatlaşdırılmış kreditlər və klub sazişləri ilə təmsil olunublar.

Fitch artım templəri və mərkəzləşmə səviyyəsi fonunda bank sisteminin kapitallaşmasını mülayim qiymətləndirir. Azərbaycanın bank sistemi kapitalının kafilik əmsalı 2004-cü ildən sabit olaraq qalır və ikirəqəmli ədədlərlə ifadə olunub ki, bu da yaxşı səviyyədir. Lakin kapitallaşma balansların sürətli artımına görə, güclü təzyiq altındadır və bankların kapitala daimi ödəmələr formasında dəstəyə ehtiyacı var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti