...

Azərbaycanın sığorta şirkətləri kapitallaşmanı artırmalıdırlar – rusiyalı ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın sığorta şirkətlərinin ən başlıca problemlərindən biri aşağı kapitallaşmadır. Bu barədə cümə günü Bakıda, Rusiyanın iri sığorta şirkəti ROSNO-nun nümayəndəliyinin açılışın təqdimatında şirkətin Baş direktorunun birinci müavini Dmitri Popov məlumat verib.

"Aşağı kapitallaşma şirkətlərə iri riskləri sığortalamağa imkan vermir", - Popov bildirib.

Onun sözlərinə görə, ölkədə sənaye və iqtisadiyyat dinamik inkişaf edir və belə şəraitdə sığortaya zərurət yaranır. Aşağı kapitallaşmaya görə, sığortaçılar iri risklərin sığortalanmasına hazır olmaya bilərlər.

Azərbaycanın Maliyyə Nazirliyinin məlumatına əsasən, 2007-ci ildə bazarda fəaliyyət göstərən 30 sığorta şirkətinin ümumi kapitalı $62 mln. təşkil edib.

Rusiyanın ən iri sığorta şirkətlərindən olan ROSNO-nun təsisçiləri 2007-ci ilin fevralında şirkətin 97 faiz səhmlərini alan Allianz SE şirkətidir. ROSNO aprelin 15-də Bakıda nümayəndəliyin açılması üçün Azərbaycanın Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkət birinci mərhələdə yalnız təkrarsığorta xidmətləri göstərəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti