...

ROSNO Azərbaycandakı nümayəndəliyini iri sığorta şirkətinə çevirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / " , müxbir Ü.İsmayılova/ Cümə günü Bakıda öz nümayəndəliyini açan Rusiyanın iri sığorta şirkəti olan ROSNO şirkəti yaxın illər ərzində nümayəndəliyini də iri sığorta şirkətinə çevirmək niyyətindədir. Bu barədə cümə günü Bakıda ROSNO Baş direktorunun birinci müavini Dmitri Popov bildirib. Şirkət Bakıdakı işlərin ilkin mərhələsində yalnız təkrarsığorta xidmətləri göstərəcək.

"Biz bütünlüklə bazara daxil olandan və onunla yaxındn tanış olandan sonra nümayəndəliyi şirkətə çevirəcəyik" - deyə Popov bildirib.

ROSNO-nun təsisçisi 2007-ci ilin fevral ayında şirkət səhmlərinin 97 faizini əldə edən "Allianz SE" şirkətidir.

"Qazaxıstanda ROSNO nümayəndəliyi altı ildən sonra iri sığorta şirkətinə çevrilib, hesab edirəm ki, Azərbaycan bazarının dinamik inkişafını nəzərə alsaq, bu proses burda çox tez baş verə bilər" - deyə Popov qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti