...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 11:21 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0007 bənd möhkəmlənib (0,07 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,82858 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 18-də 1 ABŞ dolları üçün 0,8296 manat, minimum isə aprelin 23-də 1 ABŞ dollarına 0,8276 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
14aprel 0,8310 21aprel 0,8296
15aprel 0,8300 22aprel 0,8286
16aprel 0,8303 23aprel 0,8276
17aprel 0,8285 24aprel 0,8282
18aprel 0,8289 25aprel 0,8289
Həftə ərzində orta 0,82974 Həftə ərzində orta 0,82858

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82768 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi aprelin 21-də 1 ABŞ dollarına 0,8286 manat, minimum isə aprelin 23-da 1 ABŞ dollarına 0,8266 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 21 apreldə - 0,8286 AZN/USD məzənnəsi ilə $7,1 mln., aprelin 22-də - 0,8279 AZN/USD məzənnəsi ilə $0,23 mln., aprelin 23-də - 0,8266 AZN/USD məzənnəsi ilə $5,8 mln., aprelin 24-də - 0,8274 AZN/USD məzənnəsi ilə $7,4 mln., aprelin 25-də isə - 0,8279 AZN/USD məzənnəsi ilə $19,468 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
14aprel 0,8310 21aprel 0,8296
15aprel 0,8300 22aprel 0,8286
16aprel 0,8303 23aprel 0,8276
17aprel 0,8285 24aprel 0,8282
18aprel 0,8289 25aprel 0,8289
Həftə ərzində orta 0,82974 Həftə ərzində orta 0,82858
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
14aprel 0,8296 21 aprel 0,8286
15aprel 0,8289 22 aprel 0,8279
16aprel 0,8290 23 aprel 0,8266
17aprel 0,8270 24 aprel 0,8274
18aprel 0,8284 25 aprel 0,8279
Həftə ərzində orta 0,82858 Həftə ərzində orta 0,82768

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinin qiyməti 1 manatr artaraq 17 manat səviyyəsinə çatıb.

Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti