...

Azərbaycanın dövlət büdcəsinin artırılması ilə bağlı layihə parlamentə göndərilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti mayın 2-də 2008-ci ilin dövlət büdcəsinin yenidən artırılması məsələsinə baxacaq. "Parlamentə 2008-ci ilin dövlət büdcəsinə yenidən baxılması və dəyişiklik edilməsi ilə bağlı layihə daxil olub", - bazar ertəsi Trend -a açıqlamasında Azərbaycan parlamentinin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib.

Sənəddə büdcə gəlirlərinin yeni illik proqnozu 10,287 mlrd. manat, xərcləri isə 10,530 mlrd. manat səviyyəsində əksini tapıb. Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsinin gəlirləri 7,393 mlrd. manat, xərcləri isə 8,519 mlrd. manat həcmində təsdiqlənib. Yeni dəyişikliklər təsdiqlənəcəyi təqdirdə Azərbaycanın cari ilin büdcə gəlirləri təxminən 43%, xərcləri isə 26% artacaq.

Parlamentin mayın 2-də keçirilən iclasında hökumət (Nazirlər Kabineti) 2007-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti