...

Almaniyanın Əmək Nazirliyi əhalinin sosial müdafiəsinin inkişafı işində azərbaycanlı həmkarlarının səylərini yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / " , müxbir U.İsmayılova/ Azərbaycan hökuməti əhalinin sosial müdafiəsinin inkişafına böyük diqqət ayırır və bu ölkə ilə Almaniya arasında adıçəkilən sahə üzrə münasibətlər gələcəkdə də möhkəmlənəcək. Bu barədə bazar ertəsi Bakıda Almaniyanın Dövlət katibi, parlament nümayəndəsi, həmçinin əmək və sosial müdafiə nazirinin müavini Franz Tennes bildirib.

"Azərbaycan və Almaniya arasında sosial müdafiə sahəsində əməkdaşlıq hər iki ölkə üçün mühümdür", - deyə Tennes vurğulayıb.

Bazar ertəsi Bakıda Azərbaycan və Almaniyanın Əmək və Sosial Müdafiə nazirlikləri arasında bu sahədə Almaniya təcrübəsinin tətbiq edilməsilə Azərbaycan əhalisinin səmərəli sosial müdafiə ilə təmin edilməsi üzrə əməkdaşlıq məqsədi ilə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Tennesin sözlərinə görə, əməyin müdafiəsi hər bir ölkə iqtisadiyyatının təməlidir.

"Almaniya və Azərbaycan arasında əməkdaşlıq həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan enerji müqaviləsi üçün də zəruridir. Neft gəlirlərindən səmərəli istifadə üçün sosial sahənin inkişafı Azərbaycan üçün mühümdür", - deyə Tennes bildirib.

Xəbər lenti

Xəbər lenti