...

Azərbaycanda lizinq şərtləri əsasında daşınmaz əmlakın əldə edilməsi üzrə sazişlərin sayı 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend / Lizinq şərtləri əsasında daşınmaz əmlakın əldə edilməsi üzrə sazişlərin sayı 50 faizdən çox artıb. Bu barədə bazar ertəsi Unileasing lizinq şirkətinin "Kommersiya daşınmaz əmlakının lizinqi" layihəsinin rəhbəri Emil Məmmədov məlumat verib.

"Hazırda bazarda daşınmaz əmlakın lizinqlə əldə edilməsi məqsədilə şirkətə edilən müraciətlərinin nəzərə çarpacaq artım tendensiyası müşahidə edilir. Bu bir tərəfdən yerli bazarda müşahidə edilən daşınmaz əmlak qiymətlərinin və icarə dərəcələrinin daimi artımı, digər tərəfdən isə Unileasing şirkətinin cəlbedici maliyyələşdirmə şərtləri ilə bağlıdır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, layihənin fəaliyyət göstəridiyi dövr ərzində yalnız Bakıda 24 müqavilə bağlanılıb və bu müqavilələrə müvafiq olaraq ümumi dəyəri $4,6 mln.-dan çox olan daşınmaz əmlak obyektləri lizinqə verilib. 2007-ci ilin sonuna şirkətin layihə çərçivəsindəki sərmayələrinin həcmi $2,7 mln. təşkil edirdisə, cari ilin təkcə birinci rübü ərzində biznes üçün daşınmaz əmlaka $1,5 mln.-dan çox vəsait yatırılıb.

Şirkətin ümumu portfelində "Kommersiya daşınmaz əmlakı" sektorunun payı 16,6 faizədək artıb. Ofis, biznes və ticarət üçün yerlər, istehsalat və anbar yerləri, həmçinin digər kommersiya daşınmaz əmlaknı 10 il müddətinə, 18 faizdən başlayan faiz dərəcəsi ilə lizinqə almaq olar.

Xəbər lenti

Xəbər lenti