...

Azərbaycanın 2008-ci il üçün düzəlişlər edilmiş dövlət büdcəsində defisitin azaldılması təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyi ölkənin 2008-ci il üçün dövlət büdcəsində defisiti 1126,4 mln. manatdan 576,6 mln. manatadək azaltmağı təklif edib. Bu barədə bazar ertəsi ölkə hökumətindən məlumat veriblər.

"Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər və əlavələr haqqında Qanun layihəsi artıq Milli Məclisə təqdim edilib. Qanun layihəsinin mayın 2-də keçiriləcək plenar iclasda müzakirə etmək planlaşdırılır.

Maliyyə Nazirliyi layihədə dövlət büdcəsinin gəlir hissəsini 3 091,5 mln. manat - 7 392,5 mln. manatdan 10 484 mln. manatadək, xərclər hissəsini isə 2 541,7 mln. manat - 8 518,9 mln. manatdan 11 060,6 mln. manatadək artırmağı təklif edib.

Büdcə proqnozlarının artırılmasına olan zərurət hökumətin investisiya layihələrinin və sosial yönümlü tədbirlərin maliyyələşdirilməsi üzrə planları ilə bağlıdır.

Büdcəyə düzəlişlər gəlir vergisi üzrə gəlir maddələrinin 750 mln. manatdan 795 mln. manatadək, mənfəət verigisi üzrə - 2 280 mln. manatdan 2 450 mln. manatadək, vergi orqanları xətti üzrə ƏDV-dən daxilolmalar üzrə - 1 725 mln. manatdan 1 885 mln. manatadək, Azərbaycan ərazsində malların idxalı zamanı alınan ƏDV - 745 mln. manatdan 755 mln. manatadək, vergiolmayan gəlirlər - 203 mln. manatdan 218 mln. manatadək artırılması hesabına həyata keçiriləcək. Neftdən gələn gəlirlərin artması ilə əlaqədar Azərbaycan Dövlət Neft Fondunun transfertlərini 1,1 mlrd. manatdan 3,8 mlrd. manatadək artırmaq nəzərdə tutulur. Bundan əlavə, büdcə təşkilatlarının pullu xidmətlərindən gələn daxilolmaların 136 mln. manatdan 137,5 mln. manatadək artırılacağı gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti