...

Azərbaycan cari ilin birinci rübündə mal ixracını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir S.Babayeva/ Cari ilin birinci rübündə Azərbaycan ötən ilin analoji dövrü ilə müqayisədə mal ixracını təxminən 70 faiz və ya 624911,9 min dollar artırıb. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. İxracın ümumi həcmi 1543977,8 min dollar təşkil edib.

Mal idxalı təxminən 19 faiz və ya 215785,3 min dollar artaraq 1352207,6 min dollara çatıb.

Komitənin məlumatında bildirilir ki, bu dövr ərzində Azərbaycan 114 xarici ölkə ilə ticarət əməliyyatları həyata keçirib. Göstərilən dövrdə 1022 adda mal ixrac, 4104 adda mal isə idxal olunub.

Xəbər lenti

Xəbər lenti