...

Yayın sonunda Bakıda yeni avtovağzal istifadəyə veriləcək – nəqliyyat nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 14:48 (UTC +04:00)
Yayın sonunda Bakıda yeni avtovağzal istifadəyə veriləcək – nəqliyyat nazirinin müavini

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir E.İsmayılov/ Bakıda yerləşən yeni beynəlxalq avtovağzal kompleksini avqustda istifadəyə vermək planlaşdırılır. Bu barədə çərşənbə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Pənahov bu avtovağzalın beynəlxalq, şəhərlərarası və paytaxt sərnişin daşınmaları təmin edəcəyini bildirib. Bununla yanaşı, bu həm tranzit, həm də Bakıya gələn və Bakıdan gedən sərnişinlərin azad istirahət edə biləcəkləri böyük mərkəzdir. Pənahov kompleksin ərazisində mehmanxana və ticarət mərkəzinin olduğunu bildirib.

Avtovağzal kompleksinin tikintisi layihəsi üzrə podratçı "Bakı XXI əsr" şirkətidir. Analoqu olmayan bu kompleksin tikintisi 2004-cü ilin mayında başlayıb. Onun ümumi sahəsi 164 min kvadrat metr təşkil edəcək. Avtovağzal şimal istiqamətdən və beynəlxalq marşrutlar üzrə Bakıya gələn sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulub.

Yeni kompleks sutkada 18-20 min sərnişinə (800-950 avtobus) xidmət göstərmək üçün hesablanıb. Yeraltı hissəsində 720 avtomobil üçün avtodayanacaq, birinci və ikinci mərtəbədə təqribən 1500 ticarət obyekti, üçüncü mərtəbədə isə avtobus platformaları və digər məişət xidməti obyektləri yerləşib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti