...

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanda dəmir yolunun tikintisi üçün geoloji tədqiqatlar başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir E.İsmayılov/ Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu əlaqəsinin açılması layihəsi çərçivəsində Gürcüstan ərazisində dəmir yolunun tikintisi üçün aparılan geoloji tədqiqatlar başa çatır. Bu barədə çərşənbə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda torpaq işləri başlayacaq, eyni zamanda avadanlıq və materialların alınması davam edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu sahəsinin tikinti layihəsinin büdcəsi 2008-ci il üçün $107 mln. məbləğində müəyyən edilib.

Gürcüstanda tikinti layihəsi üzrə tenderin qalibi olmuş Azərbaycanın "Azərinşaatservis" tikinti şirkəti artıq hazırlıq işlərini başa çatdırıb. Texnika və digər qurğular alınıb. Əhalidən dəmir yolunun keçəcəyi torpaq sahələrinin bir hissəsi artıq alınıb.

"Azərinşaatservis" ilə bağlanan müqavilənin ümumi dəyəri $79 mln. təşkil edir. İşləri 2009-cu il oktyabrın 1-də tam başa çatdırmaq nəzərdə tutulur.

Gürcüstanda tikinti və layihə işləri Azərbaycanın $200 mln. məbləğində kredit vəsaitləri hesabına həyata keçirilir.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda buraxma gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək planlaşdırılır. Layihə $422 mln., müvafiq infrastruktur nəzərə alınmaqla isə $600 mln. dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti