...

Azərbaycanda bank sektorunun inkişafı sığorta bazarının inkişafına yardım edir – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 15:39 (UTC +04:00)
Azərbaycanda bank sektorunun inkişafı sığorta bazarının inkişafına yardım edir – ekspert

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda bank sektorunun inkişafı ölkənin sığorta bazarının inkişafına yardım edir. Ekspert, "Star Alyans" sığorta şirkətinin meneceri Dövlət Səlimov belə hesab edir.

"Hazırda məhz banklar sığorta polislərinin ən fəal satıcılarıdır", - Səlimov bildirib.

Səlimovun sözlərinə görə, son vaxtlar ölkədə bank kredit əməliyyatları geniş yayılıb, banklar əmanətləri, sığorta şirkətləri isə kreditə qoyulmuş əmlakı sığorta edirlər.

"Azərbaycan bankları dünya standartlarına uyğun inkişaf edir. Bu həm də sığorta şirkətlərinin inkişafı deməkdir", - Səlimov bildirib.

Azərbaycanda 30 sığorta şirkəti fəaliyyət göstərir. 2007-ci ilin yekunları üzrə ümumi sığorta haqları 147,2 mln. manat, ödəmələr 35,62 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti